Arzu Adanın ŞEİRLƏRİ
...Tüstüsü görünməyən
Sönən ocaq kimiyəm
Yol getdiyim gəmini
Yaxar qədər dəliyəm ...
Uzaq dur hekayəm
Agırlıq əzər səni
Sındırılmış güzgüyəm
Qırıqlar kəsər səni ..
***
Bu nimdaş səhərləri
Bu bom..boz gecələri
Geyib əyninə gəlmə
Ayrılıgın səhəri ..
Payız ...ayrılıq ayı
İntihar mövsümüdür
Geyin ...bəzən sən də gəl
Sabah "qətl günüdür"
***
...Bütün gözəl eşqləri
Ürəyimdə soyutdum .
Dəli ...dəli daşlardan
Ev tikməyi unutdum . ..
Getdim dərya üstünə
Qurutdume .. qurutdum
Get daha rahat dolan
Unutdume ...unutdum .
***
...Yanmışam ...külüm qaldı
Külüm ilə oynama.
Sən kəndirbaz deyilsən
Zülüm ilə oynama . ..
Bu dünya anan deyil ..
Aglama ...yanan deyil .
Durmalı zaman deyil..
Yolum ilə ...oynama .!
***
Möhtəşəm yalan . . .. ....
Dur gəl zalım balası .
Dünya yaman qarışdı
Açılmadı düymələr
Kərəm yandı... alışdı . ..
Yerlə göyün arası
Sən ən zalım olansan
Sən...mənim uydurdugum
Ən "möhtəşəm yalansan"...