Vahid Aslan - Payızın sağlığına
Ədəbiyyat
12:42 / 07.12.2025
Baxış sayı: 326
Təkliyə qısılan duyğular kövrək,
Bir həzin nəğməyə susayıb ürək,
Yarpağı badə tək qaldırır külək,
Payızın sağlığına!
Bax, bu ağır hava mənimdi elə,
Tanrım, darıxdınsa ruhumu dinlə!
İstəsən, bir yağış sifariş eylə,
Yalqızın sağlığına!
Arzumu qanadsız quş eyləmişəm.
Bağrımı yandırıb daş eyləmişəm.
Bilsən, nə əzablar nuş eyləmişəm...
O, qızın sağlığına!
24.09.24