Orxan Əsgərov sabah II Şəhidlər Xiyabanında torpağa tapşırılacaq

Orxan Əsgərovun cənazəsi Bakıya gətiriləndən sonra Təzəpir məscidinə aparılacaq, daha sonra ailəsinə təhvil veriləcək.
Yenises.az xəbər verir ki, dəfn mərasimi sabah, yəni yanvarın 30-da keçiriləcək.
Şəhidimiz II Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Qeyd edək ki, şəhidin nəşini gətirən təyyarə artıq Bakıya yola düşüb.