Ay Bəniz Əliyar : - o qədər çox uzaqsan ki,

o qədər çox uzaqsan ki,
səni axtarıb tapmağa
ömrüm çatmaz sanıram...
o qədər çox yoxsan ki,
bir zamanlar var olduğuna
inana bilmirəm...
o qədər çox yorğunam ki,
darıxmaq yorğunu,
barmağımı tərpətsəm
ruhumun altda çökər kimiyəm...