Sevinc Qərib : - SƏNSİZLƏMİŞƏM...

Ədəbiyyat 08:21 / 04.06.2025 Baxış sayı: 1237

 

Getdiyin yolların uzaqlığı qədər

çəkilir ürəyim.

Ürəyim çəkildiyi qədər darıxıram.

Darıxdığım qədər ölürəm...

Həsrətim qədər uzanır əllərim

getdiyin yolların sən olan yerinə.

Baxışlarım əllərimin izində

çəkir yolları özünə sarı...

Sənsizlik qədər xəstələnmişəm,

sənsizlik qədər ağrıyır canım.

Sənsizləmişəm...