Şakir Xanhüseyn : - GÖTÜRMƏK

Ədəbiyyat 09:15 / 04.06.2025 Baxış sayı: 3356

GÖTÜRMƏK

demirəm pisi atıb

ancaq yaxşını götürmək;

səndə nə yerinə oturursa,

onu götürmək...

bir addım atırsan e,

ikinciyə maraq yox...

deyirəm insanın yarası ola,

o da

şirin-şirin ağrıya,

daha acıdaraq yox...

ürəyə yatımlını,

gözə xoş dəyəni,

yəni

qəşəngi,

min tikanın içindən

bir çiçəyi götürmək.

bir tikəni,

bir əlcəni,

amma bəzən

ən yenini deyil,

ən köhnəni götürmək...

hərdən bir uşaq sözü də dinləmək,

lap əyilib

o uşağın qoyduğunu götürmək.

əlini hara uzatsan,

ordan sevgi və sayğını götürmək!..

25.05.2025