Laçın-Xankəndi yolu: Aksiyanın 50-ci günü

MƏMLƏKƏT 11:01 / 30.01.2023 Baxış sayı: 1766

Azərbaycanlı eko-fəalların, ictimaiyyət nümayəndələrinin Laçın-Xankəndi yolunda kemirdiklərin dinc etiraz aksiyası davam edir.

Yenises.az xəbər verir ki, aksiyadan 50 gün keçir.

İştirakçılardan aldığımız məlumata görə, havanın şaxtalı olmasına baxmayaraq, aksiya gecə saatlarında da davam edib. Adəti üzrə aksiya iştirakçıları səhər saatlarında Azərbaycanın Dövlət Himnini səsləndiriblər.

Qeyd edək ki,  aksiya Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsi tələbi ilə keçirilir.