Kəramət : - ÖMÜRLÜK HƏBS OLUNMA XATİRƏLƏRƏ
Yorularsan, qırılarsan
belə bərk-bərk qucma, qorxma
bilirəm, boğursan aradakı təkliyi
bitər, bitər qucağın, yatağın məhkumluğu
Sonra sürgün olunarsan
tənhalığın Sibirinə, Sibir tənhalığına
Xatirə məhkumluğu başlar
həbs olunma
ömürlük həbsə-xatirələrə
Azadlığa çıx xatirənin Bayıl türməsindən
kimsə qarşılamasın ,
sən türmədən çıxanda.
Ölümün də qorxduğu Adamsan
Küçə uşağı, bir gecə
zibil yeşiyinin yanında tapdılar
inqə səsinlə.
"Uşaq evi"ndə böyüdün
Həmişə təklənib döyüldün.
Dünya vağzaldı, vağzal
Gələndə qarşılayan olmayıb
...gedəndə də, gedəndə də
yola salan olmayacaq