"Abidələrə atəş açan barbardır" - Lukaşenko
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Şuşada Bülbülün ev-muzeyində olublar.
Ev-muzeyi ilə tanış olan Lukaşenko açıqlamasında "İkonlara və abidələrə atəş açan barbardır" deyib.
Qeyd edək ki, Bülbülün büstü sovet illərində quraşdırılsa da, daha sonra ermənilər tərəfindən dağıdılıb.
2021-ci ilə qədər büst Azərbaycan İncəsənət Muzeyinin həyətində saxlanılıb, sonra Şuşaya qaytarılıb.