Əbülfət Mədətoğlu : - Bir gerçək var...

Ədəbiyyat 08:43 / 16.05.2024 Baxış sayı: 2069

 

Mən susmağın ağırlığı altında

Ürəyimdə herik şumu edirəm...

Fikirlərin ətəyindən yapışıb -

Tələsmədən , vər boyunca gedirəm...

 

Bəbəyimdə çalxanan buludun

Kipriklərim kəsdi yolun . umudun!

Xatirələr - olan, qalan sübutum -

Gücüm yoxdu, ünvanına yetirəm!..

 

Xəfif mehlə yanaqlarım ilinir

Açıq, aşkar içim ölüb, dirilir!

Bir gerçək var - deməsəm də bilinir -

Ümid bitmir, mən özümsə bitirəm!