Rəfail Tağızadə : - Bu gün dənizin qurbanlıq gəmisiyəm.

* * *
Bu gün dənizin qurbanlıq gəmisiyəm.
Gecənin ölüm qonağı.
Gündüzü oğurlanmış kimidi həyat.
Mən başqa bir aləmdə:
nə yer var orda, nə göy üzü.
Rahatlıq yox, tənhalıqda.
Cəmlər tək olur insanlar darıxanda.
Qaranlıqda yollar bitmir ki, bitmir.
Səhər açılmağa qorxur.
Bir meh yox, sənə əl uzada.
Hər şey get-get deyir,
uzağı göstərərək.
Nə var o yaxın uzaqlarda?
Kimsə bilməz...
Sükunət qoxuyur
sovulmuş otağın havası.
Kədərin dadı varmış,
yoxluğun qoxusu.
Zaman-zaman dəyişir hər şey.
Quraqlıqdan balıq iyi gəlir,
dənizdən yarpaq ətri.