Ağaevli Əli Hacı  : - Dərdidir

Ədəbiyyat 08:44 / 18.05.2024 Baxış sayı: 1898

 

Göydəki uçan quşa,

Yerdəki dən-dərdidir !

Uzaqdakı qəribə

Yaxın, Vətən dərdidir !

 

Açma yaramı hələ,

Vermə yaxamı ələ !

Azar-bezarım elə,

Yaxam bir sən dərdidir !

 

Göz yaşıyla üz yuyan,

Ömür yoldur,dur oyan !

Getmirsənsə gen dayan

Yollar gedən dərdidir !

 

Sirrində qalsın Fələk,

Bitmək-işdə son demək !

Olduğu tək görünmək,

ruhun bədən dərdidir !