İlham Əliyev Sinan Oğan, Stoltenberq və Bərzani ilə - Foto

SİYASƏT 08:08 / 05.06.2023 Baxış sayı: 1868

Artıq   hər  kəsə  məlum oldu  ki, Türkiyə yenidən   Ərdoğanı   prezident  seçib!  Ankarada “Külliye” Prezident Sarayında Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və xanımı da iştirak edib.

Onlar mərasimdən sonra “Ata İttifaqı”ndan prezidentliyə keçmiş namizəd Sinan Oğanla və digər qonaqlarla söhbətləşib.

Fotoda Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, NATO-nun baş katibi Yens Stoltenberq, İraq Kürdüstan Regional Hökumətinin başçısı Neçirvan Bərzani də yer alıb.