İdmançımız erməniyə qalib gəldi

İDMAN 09:56 / 05.08.2023 Baxış sayı: 4472

Azərbaycan və Belarusu təmsil edən kikboksinq üzrə “One Championship” Dünya Qran-prisinin qalibi və yüngül çəkidə mütləq çempion Çingiz Əlləzov “ONE Fight Night 13”də növbəti qələbəsini qazanıb.

Yenises.az  bildirir ki, Modern.az-ın məlumatına görə, 30 yaşlı döyüşçü Tailandın paytaxtı Banqkokda ermənistanlı Marat Qriqoryana qalib gəlib.

Əlləzov kəməri müdafiə döyüşündə 5 raundluq mübarizənin sonunda qalib elan olunaraq, rəqibindən 2013-cü ildəki məğlubiyyətin əvəzini çıxıb.

Qeyd edək ki, Çingiz Əlləzov 2023-cü ilin yanvarında dünyanın ən məşhur kikboksinq təşkilatı “One Championship”in çempionu olub. O, “ONE Fight Night-6” turniri çərçivəsində keçmiş yüngül çəki çempionu olan Tailand döyüşçüsü Superbon Sinqh üzərində qələbə qazanıb.