Həzi Həsənlidən DEYİMLƏR

Ədəbiyyat
09:49 / 04.08.2024
Baxış sayı: 2654
Yolumuz zəfər yoludur,
Bu yol müqəddəsdir, bu yol uludur...
03.07.2024
Adında nə şirin deyim var, Şuşam,
Nə gözəl yerin var, göyün var, Şuşam,
Ruhum Borçalıda, ürəyim burda,
Burda səndən əziz nəyim var, Şuşam?!
03.08.2024
Sən Şuşada, Şuşa səndə,
Nə mutlusan belə gündə...
03.04.2024