Fərhad Tapdıqoğlu - Yaşa
Adı Yaş-ar olsa da,hamı onu Yaş-a deyə çağırırdı.
Yaş-a üst-başı yam-yaş,suyun içində evə gəldi.
"Tut ucundan göyə çıx" yağan yağışda islanıb ,tamam yaş olmuşdu yaş-laşıb yaş-a dolan Yaş-a...
Tələm-tələsik yaş paltarlarını çıxarıb atdı.Pencəyi yaş,köynəyi yaş,şalvarı yaş,saçları yaş...bütün yaş idi.
Həyat yoldaşı ağzında yaş-maq yaş paltarları paltar ipinin üstünə sərdi.
Yaş-a yaş bədənini yavaş-yavaş dəsmalla quruladı...
Arvadı döşəməyə palaz sərdi,palazın üstünə döşək atdı,bir də balınc.
Yaş-a sərildi döşəyin üstünə,həyat yoldaşı onun üstünə yorğan sərdi...
Yaş-a fikrə getdi...
Axı ertəsi gün o yeni yaş-ına qədəm qoyurdu.Yaş-ının üstünə yaş gəlirdi.
Yaş-laşırdı Yaş-a...
Dostları gələcəkdi,kabab çəkəcəkdi.Bir az köz üçün odun toplamışdı,o da yaş idi.Yaş odundan köz almaq uzun çəkərdi,kömür almalıydı.
...Yaş-a bir anlıq yaş-adıqlarını gözləri önündə canlandırdı.
Gözəl günlər də yaşayıb...elə-belə adi günlər də yaşayıb...işlərinin necə deyərlər "yaş "olduğu günlər də olub...
"Yaş-ın nə fərqi var" deyənlər səhv edirlər-düşündü Yaş-a.Yaş elə yaş-dı...
İnsan yaş-laşır,ahıllaşır,ağırlaşır,qocalır...
Həmişəyaş-ar nə var ki?!
Yaş paltarları qurudarsan, yaş bədənini qurulayarsan,yaş odunu da yandırarsan...
Amma yaşın gedibsə,qayıtmaz...yeni yaş-ını yaş-amalısan .Əgər yeni yaş-ını yaş-amağı Ulu Tanrı yazıbsa...
Yaş-a kövrəldi,gözləri yaş-la doldu...
Tərlədi Yaş-a: başı,boyun- boğazı ,bədəni yaş-dı...
Yataqdan qalxdı yenidən yaş bədənini quruladı Yaş-a...
...Yeni yaş-ını qeyd eləmək üçün tədarükə başladı...
Yaş-ıdları da gələcəkdi
Yaş-anın yaş-ına...
Yaş-a ,yeni yaş-ını sağlam canla yaş-a,yüz yaş-a!
İşlərinin "yaş " olduğu anlar olmasın...
...Bəli ,yaş-ın fərqi var...
Yaş elə yaş- dır...