Elnur  Uğur - Mənim bəsirətimdə

Ədəbiyyat 17:52 / 20.09.2026 Baxış sayı: 124

Mənim bəsirətimdə,

Hər gün neçəsi kordu.

Mənim bəsirətimdə,

Zahid var gorbagordu.

Astar çəksən üzlərə,

Qarışar e düz, dərə.

Allah, baxan gözlərə,

Baxıram işıqfordu.

Qəlb odamda bir sükut,

Gəl səsin rəngini tut.

Bacarsan onu unut,

Bacarmasan, bu, zordu.

Gəldik, tutmadı sövdə,

Doğrandıq gövdə- gövdə.

Eh, mən yaşayan evdə,

Bir hörümçək, bir tordu.

Baxıram, hamı baxır,

Hər sondan bir ilk axır.

Zaman da eynək taxır,

Görək kim kimi yordu?