Aləmzər Sadıqqızı - Görməyəcəksən...

Ədəbiyyat 15:41 / 19.09.2026 Baxış sayı: 715

 

Verdiyin xoşbəxtlik köksümə sığmır...

Qaytarıb verirəm özünə dostum.

Mənim sevgisizlik xəstəliyim var...

Bulaşdı üzünə, gözünə dostum...

 

Mən naşı adamam təcrübəm çatmır,

Bağlaya bilmirəm səni özümə...

Mənim dünya boyda məhəbbətimi,

Dəyişdin bir qızın saxta sözünə....

 

Əllərim darıxsa əllərin üçün...

Əlimə bir nağıl danışacağam...

Deyəcəm unutdum biri yox imiş...

Var olan həsrətlə barışacağam...

Hərdən ürəyimi alıb ovcuma...

Körpə uşaq kimi ovudacağam.

Gündə neçə dəfə səndən gedecem,

Sonra da min dəfə qayıdacağam...

Dünyanın ən gözəl məhəbbətinin,

Dadını ,ətrini bilməyəcəksən...

Mən bir gün qəfildən ölüb gedəcəm,

Ən gözəl ölümü görməyəcəksən...

19. 9.2016.

v