Zəlimxan Yaqub -  “Gözəldir”

Ədəbiyyat 09:07 / 20.09.2026 Baxış sayı: 362

 

 

Payız kövrəldəndi, bahar coşduran,

Məni sərt eləyən qış da gözəldir.

Ürəyin daşdımı, demə, ay insan,

Duymağı bacarsan, daş da gözəldir.

 

Bir gözəl çıxanda çəmənə, düzə,

Fikir ver yanağa, nəzər sal üzə.

Gözəllik baxarmı əyriyə, düzə,

Demə ki, əyridi, qaş da gözəldir.

 

Zəlimxan, olmasın nə ah, nə aman,

Ağrıdan ağlamaq yamandır, yaman.

Sevincin qəlbini dolduran zaman,

Yanaqdan süzülən yaş da gözəldir!