Elnur Uğur Abdiyev : - Özümə...
Ədəbiyyat
07:44 / 11.06.2025
Baxış sayı: 4297
Yenə də doğma şəhər,yenə də tanış üzlər,
Doğmalar arasında yadam özüm- özümə.
Min- min adın içindən təkcə sənin adını,
Elə pıçıldayıram,adam,özüm- özümə.
Heyrtimdən donmuşam əlim üzümə çatmır,
Tumurcuq arzularım bir milli də boy atmır.
Bu qədər gözəllikdə heç nə könlümə yatmır,
Həsrətdən oxuyuram edam özüm- özümə.
Həyat kiçilib düşür gün- gün daha gözümdən.
Daha heç nə ummuram gecəmdən,gündüzümdən.
Sən gedəni özüm də elə getdim özümdən,
Bir də gələ bilmərəm müdam özüm- özümə.