Elnur Uğur Abdiyev :- Bir stəkan sükut

Ədəbiyyat 09:16 / 16.02.2025 Baxış sayı: 1237

Bir stəkan sükut süzələr içəsən,

Dincələsən beyninin bir küncündə.

Deyəsən , bu gün də

Yaşamadım!

Bir qurtum ümid bəs edər,

32 dişlik canavar həsrəti yenəsən

Qələbə şirinliyiylə sevinəsən,

Deyəsən,yaşadım.