Elman Eldaroğlundan AÇIQLAMA
Öz ciddiliyini saxlamağı bacarmırsa ən oxunaqlı sayt belə, divar qəzetinə çevrilir. Bu günlərdə bir neçə “divar qəzetində” xəbər yayılıb ki, guya KXCP-nin sədri Mirmahmud Mirəlioğlu partiyanın sədrliyindən istefa verməyə hazırlaşır. Kökündən yanlış olan bu məlumat kimlər tərəfindən tirajlandığı qeyri müəyyən olsa da, məqsəd məlumdur- onlar öz arzularını ictimailəşdirməklə Mirmahmud Mirəlioğluna qarşı “qara piar” aparırlar…
Əldə etdiyim müfəssəl məlumata görə, partiya sədri iş başındadır və öz mübarizəsindən istefa vermək fikri də yoxdur.
İnanmırsınızsa özündən soruşa bilərsiniz…