Əlizadə Nuri : -  Ölüb bu dünyadan qisas alasan...

Ədəbiyyat 09:02 / 10.10.2024 Baxış sayı: 1647

 

Sönmək çətin olur, nə var yanmağa?

Ümid də tapılmır daldalanmağa.

Bir hava çalasan havalanmağa-

Ya kaman alasan, ya saz alasan.

 

Sevmək günahdısa, sürgün az eylər,

Demərəm cəzamı bir gün az eylə.

O qıza verməyə bir gül az eylər,

O qıza verməyə bir yaz alasan.

 

Hesab bilməyənlər hesab verəndi,

Bu kimin başıdı?- qəssab verəndi...

Dünya ki bu qədər əzab verəndi-

Ölüb bu dünyadan qisas alasan...