Bir qrup şəxsə Dövlət Mükafatları verildi - SƏRƏNCAM

HÜQUQ 17:06 / 27.05.2024 Baxış sayı: 2257

Prezident İlham Əliyev 2024-cü il üçün Azərbaycan Respublikasının texnika və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

Yenises.az xəbər verir ki, Sərəncam əsasən, 2024-cü il üçün texnika və mədəniyyət sahələrində Azərbaycan Respublikasının Dövlət Mükafatları aşağıdakı şəxslərə verilib:

Texnika sahəsi üzrə

Vaqif Məcid oğlu Fərzəliyev – “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili”

Həqiqət Əliəşrəf qızı Cavadova

Əfsun Rəzzaq oğlu Sucayev kompleks elmi-texniki işinə görə

Mədəniyyət sahəsi üzrə

Mehriban Zaur qızı Ələkbərzadə – Teatr rejissorluğu sahəsində fəaliyyətinə görə.