Bəhram Bilaloğlundan  İKİ  ŞEİR : 

Ədəbiyyat 10:39 / 05.05.2024 Baxış sayı: 2367

 

Qibtə etdim,çatmadım ki-

Uzaq oldu yolun mənə.

Böyüyən hər arzularım-

Sazaq oldu,batdım qəmə.

 

Dünya varın gözdən salıb-

Yaşadın Allah eşqinə.

Eşqin böyüdü günbəgün-

Daşıdın salah eşqinə.

 

Səadətin yolu odur-

Ruha qida verir hər an.

Şükür qılsan unutmaz ki-

Uca edər tək yaradan.

 

Etdiklərin yaddaşımda-

Cığır salır, uca adam.

Kim nə etsə,yaxşı əməl-

Çatmaz sənə,qoca adam.

 

***

Səbrimdən asılıb bu ömür, şair-

Susmağı öyrədir,olğunlaşıram.

Şirin sular belə axsa, yanımdan-

Şor torpaq qoynunda, yulğunlaşıram.

 

Baxma ki, bar verən ağac deyiləm-

Bəzəyim açdığım qırmızı güldür.

Ağlayır o gözlər baxanda mənə-

Həsrətin çəkdiyim bir neçə ildir.

 

Ümidim böyüyən, boy atan yerdir-

Uzaqdan çağıran, qərib ocağım.

Qəriblər anlayar məni bəlkə də-

Qalan ömrümü də dərib ocağım.

 

Vətəndə yaşayıb vətən həsrətin-

Yaşamaq özü də qəribə hissdir.

Xərclənən fəsillər gedər ömürdən -

Darıxar ömürçün,ağudur,pisdir.