Bəhram Bilaloğlu- Sənin gözlərindən məhəbbət yağır

Ədəbiyyat 17:27 / 21.09.2026 Baxış sayı: 221

Sənin gözlərindən məhəbbət yağır,

Mənimsə gözümdə günəş doğmayır.

Ey mənim günəşim, ayım, ulduzum,

Ülvi məhəbbətin qəmi boğmayır.

 

Bəslərəm sinəmdə sirrini hər dəm,

Çəkərəm dağların sərinliyini.

Dəryalar içindən gillər yığaraq,

Ölçərəm sözümün dərinliyini.

 

Dənizlər gətirməz dayaza məni,

Ümmanlar içindən üzüb çıxmışam.

Gözümün ağından sevgilər yığıb,

Şair Bəhram kimi çözüb baxmışam.