Adil Cəfakeş - Gedirəm
Ədəbiyyat
11:00 / 21.09.2026
Baxış sayı: 437
Sevmirəm çox danışmağı,
Danışıb qısa, gedirəm.
Xəyallara qapılmışam,
Mən susa-susa, gedirəm
Dinşəmişəm bir leyləyi,
Qaralayıb gör o nəyi?
Gözlərimdə kor eynəyi,
Əlimdə əsa gedirəm.
Dərdlərimi körpə quzum;
Kimə deyim, nəyə yozum?
Onlarladır ölən arzum,
Hər bir yasa gedirəm.