Azərbaycanda zəlzələ oldu
Gündəm
09:28 / 21.04.2025
Baxış sayı: 2999
Aprelin 21-də saat 08:31-də Şəki stansiyasından 6 km şərqdə, Şəki-Oğuz sərhəddində maqnitudası 4, dərinliyi 17 km olan zəlzələ qeydə alınıb.
Yenises.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Zəlzələ hiss olunmayıb.