Azərbaycan idmançısı beynəlxalq yarışda 1-ci yeri qazandı

İDMAN 09:05 / 04.12.2023 Baxış sayı: 1854

Azərbaycanı Fiqurlu Konkisürmə üzrə yarışlarda təmsil edən idmançımız Vladimir Litvintsev Türkiyənin İstanbul şəhərində keçirilən “Bosphorus Istanbul Cup 2023“ beynəlxalq yarışında iştirak edib.

Yenises.az xəbər verir ki, təmsilçimiz 9 ölkədən olan 11 idmançı arasında 221.10 xal toplayaraq 1-ci yerə sahib olub.