AY Bəniz Əliyar : - Yenə harda qaldı danın üfüqü?

Yenə harda qaldı danın üfüqü?
Yenə harda qaldı gecə sükutu?
Çırpınır küləklər ürəyim təki,
Ürəyim bu gecə bir qara qutu.
Üzündə ağrıdan qanlı pərdəsi,
Sıxma divarları əsim-əsimdə.
Hələ bir,
hələ bir Allah bəndəsi
Bilmir nə var-nə yox içərisində.
Ürək qutu boyda gəmidi yoxsa?
Sınıq göyərtəsi köksümü dələr.
(Bir əl içi boyda ümidi yoxsa,
Nəyimə lazımmış bu həngamələr?)
Sıxıb sıxmaladım ruhumu yenə,
Ümiddən getməyən kimdə nə qaldı?
Gözlədim, gəlmədi,
gedən-gedənə,
Gözlədim, gözümün kökü saraldı.