Ağdamda mina partladı - Xəsarət alan var

Gündəm 13:26 / 05.12.2023 Baxış sayı: 1521

Ağdamda mina partlayıb.

Yenises.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində baş verib.

Minaya düşən şəxsin Vaqif Əkbərov olduğu bildirilir. İlkin məlumata görə, o, ayağından xəsarət alıb.