Ağaevli Əli Hacı : - Mənə Təbriz verin...

Ədəbiyyat 15:41 / 16.06.2024 Baxış sayı: 1421

 

Mənə Təbriz verin,bir sağlıq deyim

Badəmə Savalan yay qarı qoysun !

Zəncandan dəmiyə çörəyi verin,

Araz,aralığda Etibar olsun !

 

Verin atlarıma yürümək ruhu,

Yürüyüm Xoyumdan Qaşqaya qədər !

Siz Tanrı,duamı türkcə eyləyin

Elimə,Obama gəlməsin kədər !

 

İçim sağlığına Xorasanında,

Qəzvindən Kərəcə beş barmağımdı !

İlahi ! Urmunun suyundan gətir

Görsün xəstələri,necə sağaldı !

 

Çörək tək Astara ,Culfanı böldüm

Böldüm talehimi barışıqlara !

Mən,qurban kəsmirəm,mən qan tökmürəm

Buraxdım sazişi danışıqlara !

 

Döyüşdüm özümlə,öz torpağımda

Nə qədər göz varmış,göz torpağımda !

Götürün,yağılar iz torpağımdan

Dünya da barışar,TÜRK olmağımdan !

 

Mənə Təbriz verin,bir sağlıq deyim

Badəmə Savalan yay qarı qoysun !

Zəncandan dəmiyə çörəyi verin,

Araz,aralığda Etibar olsun !

 

 

21Ağaevli Əli Hacı, Əlizadə Nuri və başqa 19 nəfər