Zaxarova Simonyanı “şeytanlaşmaq”da ittiham edib

DÜNYA 13:14 / 22.05.2024 Baxış sayı: 1348

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan parlamentinin spikeri Alen Simonyanın erməni kilsəsindən vergi alınması ilə bağlı fikirlərinə münasibət bildirib.

Yenises.az xəbər verir ki, Zaxarova öz telegram paylaşımında Simonyanın həmin çıxışı ilə Ukraynanın eks-prezidenti Petro Poroşenkonun Rus Pravoslav Kiləsisnə tabe olan Ukrayna Pravoslav Kilsəsinə tam qadağa qoyulması barədə təklifi ilə müqayisə edib.

“Niyə qərblilər tərəfindən bəslənməyə başlayanlar sözün əsl mənasında şeytanlaşırlar?”, - Zaxarova bildirib.