Xatirə Rəhimbəyli - Bir sözüm var ürəyimdə deyimmi
Bir sözüm var ürəyimdə deyimmi
Eşqn mənim ürəyimdə xal oldu
Mənim sözüm səndən sonra dil açdı
Sənin sözün məndən sonra lal oldu
Yalan oldun günahlara büründün
Duman oldun zirvələrə süründün
Güz günəşim , hərdən- hərdən göründün
Naçar könül həsrətinə qul oldu
Üz çevirdin gedər-gəlməz yollara
Könül verdin könlü qara qullara
Miskin könül düşdü qanlı çöllərə
Ümidlərim yanıb-yanıb kül oldu
Suç işlədin Tanrı keçmir suçundan
Tükənmisən ruhun ölür acından
Ayrı düşdün aşiqlərin köçündən
Qəlbin gəlib-gedənlərə yol oldu