Xatirə Rəhimbəyli -  Bilsəm ki ,qəlbinin dərinliyində

Ədəbiyyat 10:20 / 29.07.2026 Baxış sayı: 533

Bilsəm ki ,qəlbinin dərinliyində

Səni didir-yeyir acı duyğular ,

Bilsəm ki könlündə adımla bağlı

İynə ucu boyda ağrı-acı var,

 

Halal etməyəcəm sənə bu dərdi ..

Gözlərim yoluna dikili qalıb ,

Bax, gör aramıza nə sədd çəkmisən ...

Bilsəm, xəyalında mən ola-ola ,

 

Qəsdən belə qansız sərhəd çəkmisən ,

Halal etməyəcəm sənə bu dərdi !!!

Bu fani dünyadan nə ummuşuq ki ?

Doğulan saatdan dərvişik ki, biz...

 

Biri-birimizə əzab veməyə ,

Əzməyə, boğmağa gəlmişik ki biz?

Halal etməyəcəm sənə bu dərdi ...

Eh, bu acı nədi, ehhh, bu qəm nədi ,

 

Dedim :"Qoy gözəllik xəyalın olsun !"

İllərlə susdum ki, dərd çəkməyəsən ...

Yolunda nə çəkdim halalın olsun!!!

...Halal etməyəcəm sənə bu dərdi...

 

Hər nağlın bir sonu ,sonrası olur ,

Tükənmir bu həsrət ,bitmir bu hicran .

Dilin bir söz deyir ,əməlin bir söz

Saxladın bir ömür könlü nigaran ,

Oldu ağrım-acım dillərdə dastan...

Halal etməyəcəm sənə bu dərdi !!!