Xankəndidə erməni sakinlərlə görüş gözlənilir

Gündəm 10:04 / 02.10.2023 Baxış sayı: 2258

Bu gün Xankəndi şəhərində Azərbaycanın mərkəzi hakimiyyətinin nümayəndələri və erməni sakinlər arasında növbəti görüş gözlənilir.

Xatırladaq ki, bu, sentyabrın 19-20-də Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi lokal antiterror tədbirlərindən sonra sayca dördüncü görüş ola bilər.

Bundan əvvəl ilk dialoq Yevlaxda, ikincisi Xocalıda baş tutub. Üçüncü görüş sentyabrın 29-da yenidən Yevlaxda təşkil olunub.

Görüşlərdə humanitar məsələlər, Qarabağın erməni sakinlərinin reinteqrasiyası və bu xüsusda, Azərbaycanın təqdim etdiyi reinteqrasiya planı ətraflı müzakirə olunub.