Ülkər Nicatlı : - Ürəyə məlhəmdi bir isti baxış...

 

YAZARLAR 08:46 / 05.06.2025 Baxış sayı: 1705

Ürəyə məlhəmdi bir isti baxış,

Ömrü uzadandı hər dua, alqış.

Mənə, neyləyəcək axı qarlı qış?

Gətirib dünyaya ilk bahar məni,

Bu ümid hələ çox yaşadar məni.

Bu misralarla başlamağım təsadüfi deyil. Bu sözlər sanki Fəxrəddin müəllimin özü kimi isti, ümidli və həyat doludur. Onun qələmi insan qəlbinə toxunmağı bacaran nadir qələmlərdəndir. Şeirlərindəki səmimiyyət, elə həyatdakı təvazökarlığı kimi tərtəmiz və doğmadır.

Fəxrəddin müəllimi yalnız bir şair, bir yazar kimi deyil, həm də böyük bir insan kimi tanımışam. Hər görüşümüzdə, hər söhbətimizdə ondan öyrənməli bir hikmət, düşünməyə vadar edən bir fikir tapmışam. Onun sözlərində təkcə poeziya yox, bir ömürlük həyat dərsi var.

75 il zəhmətlə, sevgi ilə, sözün gücü ilə yoğrulmuş bir ömür yoludur.

Bu yolda sizi daim işıq aparıb, siz də başqalarına işıq olmusunuz.

Sizə möhkəm can sağlığı, tükənməz ilham və daha çox ışıqlı günlər arzulayıram.

Qəlbinizin yazı heç vaxt bitməsin.

Sizi böyük ehtiramla, sevgi ilə təbrik edirəm!

Yubileyiniz mübarək olsun, əziz Fəxrəddin müəllim.

Üzrlü səbəbdən iştirak edə bilmədim, bağışlayın məni.

Bir 2 nəfər və mətn şəkili ola bilər