SABİR SARVAN.: - Çəkilir.

Adil bəy!
Bəxt atlı ,mən piyadaya,
Qovduqca gözümdən haşa çəkilir.
İki sevinəndən biri bil məni,
Eşidəndə adın qoşa çəkilir.
Gerçəkdir güvəncim, mehrabım, pirim,
Pirimə münasib dəyişir yerim.
Gündüz gördüyümdən qorxur gözüm,
Gecələr yuxusu ərşə çəkilir.
Qərarı qətidir , qədərmi yeyin,
Bizi bir cəhətdə əyirəm iyin.
Qurbanlıq quzudu ömür dediyin,
Bıçağı qıraqda başa çəkilir.
Özgə sim istədi sözümün canı,
Burax ayrı fikri, ayrı gumanı,
Çox da mağmın bilmə sən bu qalanı,
Döşündən xan qaçır, paşa çəkilir.
Qismətim qovğadı, qaldı ürəklə,
Yerdə məxluqatın, göydə fələklər,
Qohum qohum olmur qohum deməklə,
Məqamı gələndə başa çəkilir.