Fərhad Tapdıqoğlu : -- Salla-na- salla-na

O danışırdı,mən isə başımı aşağı salla-yıb ona qulaq asırdım:
-‐" Çovustanda yaşayırdıq.Sonradan kəndimizin söykəndiyi dağların iri daşlarından kuvaltla xırdladığımız daşları bir müddət qapıya daşıyır,toplayır,həmin daşlardan ev tikirdik.
Bəzən evin üstünü vurduranda,şifer,dəmir alıb gətirməyimiz müəyyən zaman aparırdı .Həm pulumuzun olmaması,həm də o damüstü materialların qıtlığından...
Uşaq idim dama çıxıb ,salla-malardan salla-şar,kiçik qardaşlarıma acıq verərdim...Ev hazır olanda isə taxtapüşə çıxar ,nənəmin həmin o salla-malardan asdığı,qışa ,yaza saxladığı salla-nan meyvələrdən də dadardım...
Həyətimizdə su quyusu vardı...vedrəni ora salla-y. ıb ,su çəkərdik.Soyuducu olmadığından əti də bir torbaya qoyub ,quyuya salla-yardıq ki,xarab olmasın...Bar - bəhər dolu budaqların əyilib,salla-ndığının dəfələrlə şahidi olmuşam.Hündür ər-ər(qovaq) ağaclarının əlçatmaz yerlərində olan qızıl üzümlərin salla-nmasına baxırdıq,ağzımız sulanırdl...O zaman üzüm tingləri hündür ağacların dibində əkilir,tənəklər həmin hündür ağaclara dırmaşardı.Salla-nan o salxım üzümlərin müəyyən faizi quşlara yem olardı.
Ağacların budaqlarından o qədər salla-şmışam ki... Kənddə o zamanlar yavaş sürətlə gedən yük maşınlarının kuzovundan,kabinəsindən salla-şıb getdiklərim də olub. Ağacda yellənçək qürür,yellənçəkdə yellənərdik...Küsəndə dodağımı da salla-mışam, burnumu da,qaş- qabağını da...Tut ağacının iri budağını qucaqlayıb ,uzanar,hərdən forslanıb,əllərimi aşağı salla-rdım. Ağaclardakı quş yuvalarına da dəfələrlə əllərimi salla-yıb,quşların ətcəbala balalarını götürüb ,yenidən yerinə qoymuşam.Atımızın yəhərindən salla-şa-salla-şa getdiyim anlar da olub..Evimizin su novlarından salla-nan buz parçalarına baxmaq mənə ləzzət edirdi...
Çox salla-nmışam da,salla-şmışam da...Amma insanlardan yoox...
Ustad şair Əşrəf Veysəlli nin şeirlərinin birindən bir bəndi xatırladım:
Məni yarı yolda atan çox olub,
Çox zaman yolnan da yollaşmamışam.
Çox olub,qolumdan tutan çox olub,
" Heç kimin qolundan salla-şmamışam".
Min yaşa ƏŞRƏF VEYSƏLLİ!! Nə gözəl yazmısan!..Mən də heç kimin qolundan salla-şmamışam.Amma qolumdan tutan da çox olmayıb...
Yeniyetmə yaşlarımda gəldim şəhərə...Ali təhsil də aldım,müəssisələrin birində işə düzəldim,işə ,dərsə gedəndə basabas ,sərnişinlərlə dolu marşrut avtobuslarının qapılarından o qədər salla-şmışam ki...
...Gəncliyimdə dodağımın üstünə salla-nan qalın bığlarım, az qala çənəmə çatan " bak"larım, qulaqlarımın üstünü örtən qapqara,uzun ,sıx saçlarım da olub...
...Yaşa dolmuşam..Nə o saçlar var,nə o "bak",nə o bığlar, nə ağaclar,nə də o bağlar,o su quyusu...Yoxdu o kənd də...Yoxdu...
Xatirələr var ancaq...
...Uşaqlığımdan ta üzü bəri hələ də hər səhərlər yenə də salma çay içirəm..Qaşqabağımı salla-dığım vaxtlar da olur, gülümsədiyim vaxtlar da..."
Dostum söhbətini burdaca saxla-dı.Dedi ki,sonra yenə danışar...
...Qonşunun evindən müsiqi səsi gəlirdi:
" Burdan iki pəri gəlir,
Gəlir salla-na- salla-na"..
...Durum mən də salla-na - salla-na gedim çayxanaya həmin dostumla nərd oynamağa...
Uddum, uduzdum fərq eləməz...Başımı aşağı salla-yıb,nərdimi oynayacam...