VAQİF   YUSİFLİ : -    HƏSRƏTDƏN  ZƏFƏRƏ

YAZARLAR 08:17 / 01.08.2024 Baxış sayı: 2259

Müasir poeziyamızın ikimininci illərini Qarabağsız təsəvvür etmək mümkün deyil. Azərbaycanın ictimai-siyasi-mənəvi həyatında Qarabağ necə önəmli bir yer tutursa, ədəbiyyatımız, o sırada birinci olaraq poeziyamız bu illər ərzində –mübalibəsiz deyə bilərəm ki, Qarabağla birgə kədərlənmiş, sevinmiş, necə deyim Həsrətdən Qələbəyə doğru yol getmişdir. İçində Vətən-Qarabağ duyğusu üaşayan elə bir şairimiz tapa bilməzsiniz ki, onun şeirlərinin aparıcı xətti olmasın. Bu fikri söyləyərkən Sabir Rüstəmxanlının, Əşrəf Veysəllinin, Elçin İsgəndərzadənin, Əbülfət Mədətoğlunun, Rəşid Faxralının, Musa Ələkbərlinin, Rəfail Tağızadənin, Adil Şirinin, Xuraman Hüseynin Qarabağ həqiqətlərini poeziya həqiqətlərinə necə çevirdiklərinin şahidinə çevrilirsən. Bu sıraya Gəray Göyyurdun şeir və poemalarını  da daxil etmək olar. Onu əsasən sevgi, təbiət, yurd-ocaq şairi kimi tapnıyırdım və yazdığı şeirlərdə də özünəməxsus deyim tərzi ilə diqqəti cəlb edirdi. Gəray Göyyurdun  son illərdə  «Dövlətim var, ordum var»  və «Şuşa bəyannaməsi» adlı  iki kitabı işıq üzü görüb və bu kitablarda onun vətənpərvərlik ruhuna köklənən şeirləri, poemaları toplanıb. Əlbəttə, bir şairin çoxlu sayda şeirləri, poemaları eyni mövzuya –Qarabağ- Şuşa hmümkün deyil. əqiqətlərinə, həsrətdən zəfərə gedən yaxın tariximizi əks etdirməsi heç də təəccüblü qarşılanmamalıır. Təbii ki, burada şairin bir mövzuda demək istədiyi həqiqətləri sona qədər, daha doğrusu, ürəyincə söyləmək arzusu iqqəti cəlb edir.

 Poeziya özü də bir tarixdir, desək, heç də yanılmarıq.  Amma bu tarix faktları, ayrı-ayrı hadisələri bir yerə toplamaq və mühakimə yürütmək deyil. Poeziyada tarix-tarixi hadisələr bədii şəkildə öz əksini tapır. Gəray Göyyurdun şeirlərində də keçdiyimiz tarixlə-bu tarixin poetik inkinası ilə qarşılaşırıq. Yəni bir şairin ürəyində illər boyu kök salan duyğular şeirə çevrilir, bir fərd öz düşüncələrini yurddaşları ilə bölüşür.

   Əlbəttə, Gəray           Göyyurdun iki şeirlər-poemalar kitabı haqqında geniş söz açmaq  mümkün deyil. Onun istər kiçik  ya həcmcə dolu bir şeiri olsun, istərsə də poeması – bu yazılarda bir ümumi xətt var, o da Vətən-Qarabağ sevgisidir.

  Səni qoyub heç bir yerə getməyim,

  Sərçə adlı quşun olum, ay vətən.

  Bəlkə bir gün yağılara atıldım,

  Bir qaraca daşın olum, ay vətən.

 

  Hər dərdini, hər qəmini daşıyım,

  Loğman olum, yaraların qaşıyım,

  Kaş ki sənin ürəyində yaşayım,

  Bilinməyən yaşın olum, ay vətən.

 

  Qoymayım ki, bir də sinən ox alsın,

  Mən oxlanım, sənin qəlbin yuxalsın,

  Qoy qoynunda bir bulaq da çoxalsın,

  Süzülən göz yaşın olum, ay vətən.

Gərayın Vətənə məhəbbətini izhar edən onlarla belə şeiri var və olsun ki, bu şeirlərdə bir-birinə oxşar misralar nəzərə çarpsın, amma heç birində qeyri-səmimi nəsə gözə dəymir. «Gözlə gəlirik, ay Şuşa» silsiləli şeirlərdə  isə böyük Vətən Şuşanın təcəssümü kimi təqdim edilir.Hiss olunur ki, o illərdə-Şuşanın azad edilməsinə qədər bizim hamımızın qələbəyə ümid bəslədiyimizdə yaşayırdı Şuşa. Artıq Lələtəpə döyüşlərindən sonra hamımız ümidləndik. Gəray da «Qarabağa hücum var» şeirini yazdı:

  Ey igid əsgər,

  Sənlədir zəfər!

  Ey şanlı ordu,

  Qoru bu xalqı,

  Qoru buy urdu!

Təkcə Şuşa deyil, Qarabağın hər bir ərazisi Gərayın şeirlərində vəsf olunur. Məsələn, mən onun «Laçın» şeirini misal göstərə bilərəm ki, bu şeir Laçın həsrətini necə də obrazlı ifadə edir:

  Yağılara körpü oldun,

  Nə çoxdur acən, ay Laçın

  Yoxmu səni ağlamağa,

  Bir anan, bacın, ay Laçın!

 

  Kim bağladı qolumuzu,

  Unutdurdu ulumuzu,

  Gözləməkdən yolumuzu

  Ağarlı saçın, ay Laçın!

 

  Aldandıq boş nağıllara,

  Şəkərlərə, noğullara,

  Laçın-laçın oğulların

  Hardadı Laçın, ay Laçın?

B, gözəl bir şeirdir və mən deyərdim, Gəray Göyyurdun birinci sırada duran şeirlərindəndir. Buradaca qeyd edim ki, Gəray Göyyurd ədəbiyyata xalq şeirinin qanadlarından gəlib. Ona görə də qoşma, gəraylı və heca şeirinin müxtəlif bölgüləri onun müraciət etdiyi şeir sıralarıdır.

    Gərayın «Şuşa bəyannaməsi» kitabında onun on poeması və «Zəfər şeirləri» silsiləsi toplanıb. Əlbəttə, bu poemaların heç də hamısı janrın tələbləri ilə səsləşmir. Ən başlıca səbəb odur ki, Gəray bəzi poemalarında publisistikaya, daha doğrusu, publisistik pafosa üstünlük verir. Mənim fikrim

Cə, onun «Sumqayıta şəhid gəlir», «Kiçik oğlum Ömərlə» və  «Belə gözəl Vətəni necə sevməmək olar?» poemaları uğurludur.  «Sumqayıta şəhid gəlir» poeması  Coşqun Zeynallı, Orxan Rəhimli və ümumən bütün şəhidlərə həsr olunub. Burada iki Sumqayıt şəhidinin xatirəsi anılır.

   Medallar düzülübdür

   Cənazənin üstünə.

   Xıncım-xıncım oluram,

   Dağ yıxılır üstümə!

   Qıvrılıram ilantək

   Mən ağrımda, acımda.

   Coşqun, Orxan- iki dost

   Şəhid olub Laçında!

Gərayın şeir və poemalarında dövlətçilik, millətçilik, tarixi ənənələrimizdən gələn zəfərçilik, qalibiyyətçilik duyğuları çox güclüdür  və bunu  «Belə gözəl vətəni necə sevməmək olar?» poemasında daha aydın görmək olur. «Zəfər şeirləri» silsiləsinə gəldikdə, Gəray birinci kitabda olan vətənpərvərlik missiyasını bu şeirlərdə də davam etdirir.Şəhid analara, şəhid oğullara, müharibə qəhrəmanlarına həsr olunan şeirdlər öz bədii səviyyəsi ilə diqqəti xüsusilə cəlb edir. Mən sözümü çox uzatmaq istəmirəm. Amma Gərayın bir şeirindən bu parçalarla sözümü bitirir və Gəray  a poetik uğurlar arzulayıram:

   Xalqımın bu dünyaya,

   «Mən haqlıyam» sözüdü.

   Düşmənin sınan beli,

   Çiliklənən dizidi

   Şanlı Şuşa Zəfəri!

 

   Dırnağıyla qayanı,

  Daşı yarmaq kimidi.

  Mələklərlə əl-ələ

  Haqqa varmaq kimidi

  Şanlı Şuşa zəfəri!

 

   Düşmənlərin gözünü

   Tərlan kimi oymaqdı.

   Dünyanı heyran etmək

   Cahanı mat qoymaqdı

   Şanlı Şuşa zəfəri!