Aləmzər Sadiqqızı : - Birinci baharımsan.

Ədəbiyyat 09:44 / 05.06.2025 Baxış sayı: 1510

 

Az qala unutmuşam,

Bütün ağrılarımı...

Alacaqsan əlimdən,

Bütün qayğılarımı...

 

Axı harda qalmışdın?

Ömrümə gələn adam.

Məni incidənləri,

Könlümdən silən adam.

 

Günəş kimi doğulan,

Açılan sabahımsan.

Ömrün qürub çağında,

Birinci baharımsan!

04.06.2025.