Ələddin Əzimli : - ÜÇ EPİZOD

Ədəbiyyat 09:17 / 05.06.2025 Baxış sayı: 1360

 

1.

ARZU

Yarıqaranlıqdan

çıxasan talaya

səsin olmasa da

bir ağız

azadlıq nəğməsi oxuyasan

qoşulasan

nəğməkar quşlara

gedəsən

gedəsən uzaqlara...

2.RƏNCƏRƏ

Baxdım pəncərədən

səni gördüm

çiçəyi gördüm

heyf ki kəpənəyi

çiçək üstə ölü gördüm

gözüm yaşardı

Günəş altda

duyğularımı quru sərdim

qəribədir

külək onu yaş apardı...

3.

UNUT MƏNİ

Sal məni yanına

apar əzizim

hara istəyirsən

oraya apar

qoy bu yerlərdə

qalmasın izim

eyni adamlara

eyni küçələrə

eyni evlərə

nə qədər baxım

artıq yorulmuşam

nə qədər mürgüləmək

nəsə yazmaq

yatmaq olar

eyni yerə gedib

qayıtmaq olar

Vallah

ürəkdən deyirəm

istədiyin bir yerdə

at məmi

xoş günlərimi istəyirsənsə

bir yolluq unut məni...