Toplum TV-nin təsisçisi saxlanıldı

HÜQUQ 16:17 / 08.03.2024 Baxış sayı: 5525

Toplum TV-nin təsisçisi saxlanılıb.

Yenises.az xəbər verir ki, bu barədə onun dostları sosial şəbəkədə qeyd ediblər. 

Bildirilib ki, Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli keçirilən əməliyyat tədbirlərindən sonra davam edən araşdırmalar çərçivəsində saxlanılıb.

Qeyd edək ki, bundan əvvəl Toplum TV-nin əməkdaşları Taleh Bədəlov, Xanlar Əlizadə, Müşfiq Cabbarov və Fərid İsmayılov saxlanılıblar. Fərid Ismayilova Cinayət Məcəlləsinin 206.3.2 – qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, maddəsi ilə cinayət işi açılıb.