SÜLEYMAN ABDULLA. - HƏYAT

Ədəbiyyat 14:00 / 26.02.2026 Baxış sayı: 547

 

Ümid ruh halıdır bir az da, dostum,

Ola işıq həyat, ola nur həyat.

Ömrün əvvəli heç, yarıdan sonra,

Adamı ölümlə qorxudur həyat...

 

Kimdi canımıza salan bu lovu,

Gərək dərdmi ola hər sözü-sovu?!

Yayın cırhacırı, güzün qırovu,

Qışın qırma qarı yaz sudur, - həyat.

 

Sona ümid varsa dən tutar zəmin,

Coşan dənizlərdə üzər ağ gəmin...

Açıb qollarını özündən əmin,

Dünyaya deyərsən: Bax, budur həyat!