Ağaevli Əli Hacı- Allahın göyündən düşdüm
Allahın göyündən düşdüm
yerdi,yadına düşmədim !
Yüz bir adla çağırdılar
birdi,yadına düşmədim.
Sözdən salıb yorğanımı,
uzatdım öz ayağımı.
Arada bir ayıqlığım
kefsiz bədənə düşmədi !
Sağlığıma yaxın durun,
göy ipimi yerdən qırın.
Qabırğamı bir də qırın
o,dul qadına düşmədi !
Kim saldı bu dinə məni ?!
hey gördülər dünən məni !
Yandıranlar günə məni,
haqqın oduna düşmədi !