Şakir Xanhüseyn -= ƏBƏDİ SÜKUT DƏQİQƏSİ

Ədəbiyyat 14:15 / 26.02.2026 Baxış sayı: 490

 

Bəlkə Xocalını,

baxın,

sükut dəqiqəsi elan edək

çal-çağırı üçün Qarabağın ?

*

Bəlkə Xocalını həmişə

bir bağırtı,

çığırtı,

bir qışqırtı xatırlayaq?

*

Bəlkə Xocalı

ən acılı duyğutək

hinddən, Çindən,

dünyanın daşlaşmış içindən keçə?

*

Bəlkə gedib Xocalıya

elə Xocalının özünü dinləyək-

bir dağını, təpəsini,

bir gününün qaradan qara gecəsini dinləyək

hər şey çıxsın su üzünə,

hə?!.

26.02.2021