Səhər Əhməd - İlahi, mən sənin həmin qızınam
Ədəbiyyat
17:29 / 05.05.2026
Baxış sayı: 500
İlahi, mən sənin həmin qızınam,
Körpəykən əlindən tutduğun qızın.
Bəzən yüksəklərə qanadlandırıb,
Bəzən uçurumdan atdığın qızın.
Bir gün ən şərəfli zəfər daddırıb
Bir gün ən namərdə satdığın qızın.
Adıma yazdığın sözü saxladım,
Ruhuma cızdığın izi saxladım.
Mən səni sevgimdə təzə saxladım,
İlahi, mən sənin həmin qızınam…