Şakir Xanhüseyn - Evinin dirəyi qolların
Ədəbiyyat
12:26 / 11.05.2026
Baxış sayı: 171
***
evinin dirəyi qolların,
qapısı hərdən açılan,
bəzən heç açılmayan ürəyin...
himində, ozülündə
bir az inamın,
nə bilim, bir az inamsızlığın...
nə qədər varsan ocağının
bir ovuc külündə?
hə, evinin
həmişə gün düşən tərəfindəsən
ömrünün heç gün düşməyən
tərəfiylə də..