Rəfail Tağızadə  - O əllər

Ədəbiyyat 21:18 / 10.05.2026 Baxış sayı: 459

 

Hər səhər, hər axşam o pəncərədən

məni yola salan, mənə əl edən,

arxamca su atan, “yaxşı yol” deyən,

o əllər çağırsam gələrmi yenə?

 

Üzümün sığalı itib nə vaxtdı,

saçımın tumarı itib nə vaxtdı,

köksümdə min qubar bitib nə vaxtdı…

O əllər çağırsam gələrmi yenə?

Zamanın nə fərqi, günün nə fərqi,

sevinci apardı, vər saldı dərdi,

gedişi könlümə bir kölgə sərdi.

O əllər çağırsam gələrmi yenə?

Əlimə əl dəyər, üzə qan gələr,

dil açıb danışar, cana can gələr,

məni yuxulardan oyadan gələr.

O əllər çağırsam gələrmi yenə?

Ömrümü bəzərmi, bəzərmi yenə?