Faiq Balabəyli  - GÖRSƏNİZ DEYƏRSİZ....

Ədəbiyyat 09:30 / 11.05.2026 Baxış sayı: 346



Əgər görsəz deyərsiz, deyərsiz ki, gəlməsin,
Hələ ki gözlədiyim bir kimsə yoxdur mənim.
Eşitmək istəmirən: -"nə var, nə yox", kəlməsin,
Qəlbimi ovlayacaq bir kimsə yoxdur, mənim.

Boylanıb baxmıram da üzü boşluğa tərəf,
Gözümün qurdun alan nə dərə var, nə dağ var.
Nə bir ürəyimdəki ağrıları bölüşən
Nə də adımı tutan, pıçıldayan dodaq var.

Görsəniz deyərsiz ki, "Dünya dardı başına
ölçüsü kiçik olan papaq kimi" ...biləcək.
Əminəm, xatırlayıb ötənlərdə olanı
Əlinin arxasıyla göz yaşını siləcək.

Görsəniz, deyərsiz ki, işdir qayıtsa bir gün
rəhm etməsin ümüdsüz yaşayan bu şikəstə.
Yağan yağışa baxsın, doğan günəşi görsün,
buludlar gölgə tutsun daim başının üstə

Görsəniz, deyərsiz ki, qaranlıq bir kahada
Gecənin düşməyini o, gözləyən yarasa
Çılpaq budağa qonub üşüyən sərçə kimi
Həvəsi də qalmayıb, uçub getsin harasa.

Bunu da yazarsınız, getdiyi yolun üstə
qoy tapdanıb silinsin ayaqlarının altda.
"Səni sevən biri var, yüz dağ var köksü üstə
Kaşki başa düşəydin onu, Allahın altda.
09. 05. 2026